Zelenski xalqına doğru xəbərləri hər gün özü təqdim edəcək – BİR İLKbackend

Zelenski xalqına doğru xəbərləri hər gün özü təqdim edəcək - BİR İLK

KİV-in yaydığı informasiyalarda neqativlik çox olduğu üçün Ukrayna Prezidenti Vladimir Zelenski bundan sonra doğru xəbərləri özü təqdim etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, dövlət başçısı bunu özünün “Telegram” kanalında yayımladığı videomüraciətində deyib.

Onun sözlərinə görə, iş adamlarına və siyasətçilərə məxsus olan Ukrayna telekanallarında ürək açan xəbərlər yoxdur, yaxud da müsbət gündəm mənfiyə çevrilir.

“Ənənənin əksinə olaraq, Ukrayna Prezidenti olaraq mənim öz televiziya kanallarım və media qurumlarım yoxdur. Buna görə də iş günü hadisələri barədə vasitəçilər olmadan, manipulyasiyasız və ən əsası, yalan danışmadan özüm sizlərə xəbər verəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak dövlət başçısının video bloqu barədə elan yayımlamışdı.

Onun sözlərinə görə, kontent kimi orada 10 dəqiqəlik video hazırlanması planlaşdırılır. Burada V.Zelenski ölkə üçün bir neçə aktual məsələni işıqlandıracaq.

https://t.me/V_Zelenskiy_official

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*