Zelenski Xarkova getdi, hərbçiləri mükafatlandırdı – FOTOLARbackend

Zelenski Xarkova getdi, hərbçiləri mükafatlandırdı - FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb. Zelenski işgüzar səfəri çərçivəsində Ukrayna hərbçilərinin mövqelərinə baş çəkib.

O, bölmələrin məsuliyyət zonasında əməliyyat şəraiti ilə tanış olub.

Zelenski hərbçilərə dövlət mükafatları və qiymətli hədiyyələr təqdim edib, Ukrayna müdafiəçiləri ilə söhbət edib.

“Hər birinizə xidmətinizə görə təşəkkür etmək istəyirəm. Siz hamımız və dövlətimiz üçün öz həyatınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini qoruduğunuz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın!”, – prezident deyib.






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*