Ukrayna İsraildən hava hücumundan müdafiə sistemləri almağa çalışır, lakin hələlik nəticə yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski serbiyalı həmkarı Aleksandar Vuçiçlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev hava məkanının müdafiə imkanlarını gücləndirməkdə maraqlıdır və İsrail ilə dialoqun davam etdirilməsinə ümid edir.
“Biz həm də onlardan HMM almaq istərdik. Biz onları almağa hazırıq. Hələlik bu imkana sahib deyilik, baxmayaraq ki, dialoq aparırıq”, – deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, İsrail müharibənin əvvəlindən Ukraynaya belə silahların verilməsindən imtina edirdi. Rəsmi Təl-Əviv bununla Rusiya ilə münasibətləri və Suriyadakı maraqlarını qorumağa çalışır.
