Zelenskidən SENSASİON AÇIQLAMA: Rusiya 2026-cı ildə 300 min nəfər cəlb edəcək və…backend

Zelenskidən SENSASİON AÇIQLAMA: Rusiya 2026-cı ildə 300 min nəfər cəlb edəcək və...

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki vəziyyət, sülh danışıqları, seçkilər və ölkənin müdafiə imkanları ilə bağlı açıqlamalar verib.

KONKRET. az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenski bildirib ki, Rusiya Donbasdan Ukrayna qoşunlarının çıxarılmasını tələb edir. Onun sözlərinə görə, Moskva 2026-cı ildə müharibəyə daha 300 min nəfər cəlb etməyi planlaşdırır.

Ukrayna lideri Rusiyanın ildə 1 300-ə qədər ballistik raket istehsal edə biləcəyini, hazırda arsenalında 600–630 raketin olduğunu deyib. O, həmçinin “Patriot” raketlərinin çatışmazlığından danışıb və Ukraynanın ABŞ-ın “Raytheon” şirkəti ilə yeni raketin yaradılmasını müzakirə etdiyini açıqlayıb.

Zelenski müharibə şəraitində seçkilərin keçirilməsini “dövlət üçün sunami” adlandırıb. O, hazırda bunun təhlükəsiz və demokratik şəkildə təşkili üçün lazımi şəraitin olmadığını vurğulayıb.

Prezidentin sözlərinə görə, Ukrayna bu il 820 kvadratkilometr əraziyə nəzarəti bərpa edib və ilin sonunadək azad edilən və işğal olunan ərazilər arasında paritetə nail olmağı hədəfləyir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*