Türkiyədə dəhşətli zəlzələ nəticəsində baş verən dağıntılar altında qalanların xilas edilməsi prosesi davam edir. Hələ də, bir çox uçan binanın altında çoxsaylı insanların qaldığı bildirilir.
KONKRET.az xəbər verir ki, baş verən güclü zəlzələdə daha çox binanın dağılmasının səbəbi isə müzakirə olunmaqdadır. Bir çoxları həmin binaların keyfiyyətsiz tikinti materiallarından istifadə edildiyi üçün dağıldığını bildirir.
Malatyada dağılan bir binanın 15 il əvvəl tikildiyi məlum olub. Həmin binanın da tikintisi zamanı keyfiyyətsiz materiallardan istifadə edildiyi iddia olunur. Həmin iddianı isə o binanın tikintisində iştirak edən Uğur Kara adlı şəxs edib. Uğur Kara binanın çökməsində tikintini şifariş verən şirkəti günahlandırıb.
“Binanın özülünü atarkən keyfiyyətsiz dəmirdən istifadə edilirdi. Bundan başqa, göstəriş verilmişdi ki, 3 ton əvəzinə ora 2 ton dəmir töksünlər. Beton nəzarəti də edilmirdi. Beton zəif tökülmüşdü. Onlar həmin pulu necə yeyəcəklər?”, – deyə Uğur Kara bildirib.
//baku.ws
