Zəlzələdə daha bir azərbaycanlı qadın HƏLAK OLDUbackend

Zəlzələdə daha bir azərbaycanlı qadın HƏLAK OLDU

Türkiyədəki zəlzələdə daha bir Azərbaycan vətəndaşı həlak olub.

XİN-dən KONKRET.az-a verilən məlumata görə, bu, 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızıdır.

Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bununla da təbii fəlakətdə ölən Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb. Həmçinin, 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*