Zəlzələdən sonra bu epidemiyalar yayıla bilərbackend

Zəlzələdən sonra bu epidemiyalar yayıla bilər

Böyük zəlzələlərdən sonra fəlakət bölgələrində epidemiyalar müşahidə oluna bilər. Bunun üçün içməli suyun təmizliyindən tutmuş yaralarda yarana biləcək infeksiyalara qədər bir çox xəstəliyə qarşı diqqətli olmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Sağlamlıq Elmləri Universiteti Bursa Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanası Yoluxucu Xəstəliklər Mütəxəssisi Dos. Dr. Əli Asan danışıb.

O deyib ki, belə böyük fəlakətlərdən sonra çoxlu epidemiyalar müşahidə oluna bilər:

“Bunlardan birincisi su ilə yayılan epidemiyalardır. Təmiz içməli suyun təmin edilməsi bu prosesdə çox önəmlidir. Mümkünsə, şüşələrdəki qapalı sulara üstünlük verilməlidir. Müvafiq tualet, kanalizasiya və infrastruktur sistemləri də təmin ediməlidir”, – deyə mütəxəssis bildirib.

Dr. Əli Asan qeyd edib ki, qida təhlükəsizliyi bu prosesdə diqqət yetirilməli olan digər mühüm məsələdir:

“Bunun üçün zəlzələ bölgəsində ərzaqların saxlanması üçün uyğun yerlərin olmadığını nəzərə alaraq, tez xarab olmayan qidalara müraciət etmək lazımdır. Çünki xarab olan qidalar bir çox problemlərə səbəb ola bilər”.

Şəxsi gigiyenanın vacibliyinə diqqət çəkən Asan bildirib ki, istifadə olunan materiallar çirkli ola bilər. Bunun qarşısını almaq üçün yeməkdən əvvəl əlləri yumaq vacibdir:

“Tualetə getdikdən sonrada əllər sabun və su ilə yuylmalıdır. Əgər sabun və su yoxdursa, adi əl dezinfeksiyaedici vasitələrlə təmizləmək lazımdır”, – deyə Dr. Əli Asan əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*