”Zəngəzur dəhlizi Ermənistan üçün qırmızı xətdir” – Paşinyanbackend

”Zəngəzur dəhlizi Ermənistan üçün qırmızı xətdir" - Paşinyan

”Zəngəzur dəhlizi Ermənistan üçün qəbuledilməzdir”.

KONKRET.az xəbər verir ki, bunu çərşənbə axşamı baş nazir Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Bu, bizim üçün qırmızı xətdir. Bizim regionda üçtərəfli razılaşmaya əsasən, bir dəhliz var – Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi”, – deyə Paşinyan bildirib.

Eyni zamanda o xatırladıb ki, üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı bənd var.

“Biz buna hazırıq və artıq bu məsələni ikitərəfli suverenlik və sərhədlərin toxunulmazlığı prinsipinə hörmət əsasında müzakirə edirik”, – Paşinyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*