“Zəngəzur dəhlizinin açılması mümkündür” – Rusiyanın Azərbaycandakı səfiribackend

"Zəngəzur dəhlizinin açılması mümkündür" - Rusiyanın Azərbaycandakı səfiri

Zəngəzur dəhlizinin açılması mümkündür.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “haqqın.az”a müsahibəsində deyib. O, Zəngəzur dəhlizinin açılmasının mümkünlüyünə əmin olduğunu qeyd edib.

“Üçlü qrup əslində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə çatıb. Bu layihənin həyata keçirilməsi üçün bütün əsaslar var. Zəngəzur məsələsində qarşısıalınmaz fərq görmürəm”, – səfir deyib.

O, daha sonra Fransanın Azərbaycan və Ermənistan sərhədinə qoşun yerləşdirməsinə münasibət bildirib.

“Fransa hərbçilərinin Azərbaycan və Ermənistan sərhədində yerləşdirilməsi təhlükədir, çünki orada rus əsgərləri var”, – deyə Boçarnikov qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*