Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır.
KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə lideri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə səsləndirib.
Hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyanın da qatıldığı müzakirələrdə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində qarşılıqlı addımların atılması məmnuniyyətlə qarşılanıb.
Ərdoğan Ermənistanla beynəlxalq təşkilatlarda inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini deyərək, Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
