“Zibil, neondertal…” – Ermənilər “Facebook”da məmurları belə təhqir edirbackend

“Zibil, neondertal...” – Ermənilər "Facebook"da məmurları belə təhqir edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, yüksək səviyyəli dövlət məmurlarını və siyasətçiləri təhdid edənlərə qarşı ciddi ölçü götürüləcək.

KONKRET.AZ xəbər verir ki, Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, sosial şəbəkələrdə məmurları “zibil”, “neondertal” kimi ifadələrlə məmurların təhqir edilməsi yolverilməzdir.

Qeyd edək ki, son günlər “dqr”də siyasi çəkisi olan erməni “generallar” Ermənistan hakimiyyətində təmsil olunan şəxsləri təhqir etməkdən belə çəkinmirlər. General Vitali Balasanyan isə ümumiyyətlə, Paşinyan hökumətini ən sərt tənqid edən kimi tanınır. O hətta Ermənistandakı siyasətçiləri təhdid etməklə də gündəmə gəlib.

Qeyd edək ki, gələn il Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçı rejimin təşkilatçılığı ilə parlament və prezident “seçkiləri” keçiriləcək. Bu, əlbəttə ki, Azərbaycan üçün heç də xoşagələn deyil. Amma nə qədər ki, münaqişə həll edilməyib, işğal edilmiş ərazilərimzdə ermənilər hər hoqqadan çıxacaq.

Erməni siyasi analitiklər “seçkilərin dramatik olacağını deyirlər. Artıq sosial şəbəkələrdə qarşılqlı ittihamlar da bunu deməyə əsas verir. Yeri gəlmişkən, general Samvel Babayan və Vitali Balasanyanla Ermənistanın hazırkı rəhbərliyi arasında düşmənçilik həddinə qədər yüksələn ciddi fikir ayrılığı hökm sürür. Doğrudur, Samvel Babayan “dqr” prezidenti olmaq niyyətini rəsmi şəkildə bildirmir, amma indiki Ermənistan hökumətinin bundan məmnun qalacağını düşünmək sadəlövhlük olar. Samvel Babayan erməni “qəhrəmanı” olsa da, rəsmi İrəvan onu qəbul etmir. Paşinyan üçün Arayik Harutyunyan və Masis Mailyan daha “görkəmli” namizəd kimi qəbul edilirlər.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*