Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü döl aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən KONKRET.az-a daxil olan məlumata görə, faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Prokurorluq əməkdaşları hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirib, məhkəmə-tibbi ekspertizası təyin olunub. Hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər də icra edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
