“Zod” mədəninin bağlanması Ermənistan üçün fəlakət olacaq” – Erməni mediasıbackend

"Zod" mədəninin bağlanması Ermənistan üçün fəlakət olacaq" - Erməni mediası

“Zod” mədəninin bağlanması Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məqalə dərc edib.

“Zod” mədəni artıq ay yarımdır ki, işləmir. Martın sonundan işləri bərpa etmək mümkün olmur, işçilərin mədənə getmək cəhdlərinin qarşısı alınır.

Mədən işçilərinə belə məlumat çatıb ki, azərbaycanlılar “Geopproning” mədənini işlədən Rusiya şirkətini açıq mədənin işini dayandırmağı tələb edir.

Çünki azərbaycanlılardan fərqli olaraq Ermənistanın nəzarətində qalan hissədə mineral ehtiyatlar tükənib.

İşçilər güman edir ki, Rusiya şirkəti mədənin istismarının davam etdirilməsi üçün Azərbaycan tərəfi ilə uzunmüddətli danışıqlar aparıb. Lakin dünənki eskalasiyaya günlər qalmış, bunun mümkün olmadığını anlayıblar və avadanlıq açıq mədəndən çıxarılıb.

“Geopproning” əmin edir ki, mədəni azərbaycanlılara təhvil vermək şirkətin marağında deyil. Çünki Azərbaycan tərəfində infrastruktur (zavodlar, tullantılar, inzibati binalar, təsərrüfat təminatı), nəqliyyat və digər xidmətlər yoxdur.

Onların tikintisinə ehtiyac var ki, bu da hazırda ruslarda var, Azərbaycan tərəfdə yoxdur. Azərbaycanlılar yenisini tikməyi məqsədəuyğun hesab etmirlər, çünki mövcud ehtiyatların həcmi bu xərcləri doğrulda bilməz.

“Zod” mədəninin konservasiyası isə cəmiyyət üçün və ümumilikdə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq. Burada 800-ə yaxın işçi çalışır, bir çox əlaqəli xidmətlər və istehsalat var,

Faktiki Ermənistan bunlardan məhrum olacaq. Bundan başqa, “Zod” xammalı əsasında işləyən “Ararat” kombinatının da işi dayandırılacaq. Şirkətin fəaliyyətinə xidmət edən onlarla, hətta yüzlərlə şirkət fəaliyyətini dayandıracaq”, – məqalədə deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*