“Paşinyan demaqogiyası və yalanlarının həddi-hüdudu yoxdur. Artıq ikinci gündür ki, Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasının günahını təmizləməyə çalışır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasətçi Levon Zurabyan öz facebook səhifəsində yazıb.
“Paşinyan Praqa Bəyannaməsini imzalamaqla, Alma-Ata Bəyannaməsini Qarabağ münaqişəsinin həlli üçün əsas kimi qəbul etməklə, heç bir yeni addım atmayıb.
Paşinyan sübut etməyə çalışır ki, “Ermənistan 1991-1992-ci illərdə Alma-Ata bəyannaməsini imzalayıb və ratifikasiya edib və bununla da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.
Rusiya qəzetlərinin birində verdiyi müsahibədə Ter-Petrosyan da Qarabağın muxtariyyət statusunun onun üçün məqbul olduğunu bildirmişdi.
Artıq ikinci gündür ki, Ermənistan mediasında belə cəfəngiyyatlar dərc edilir.
Nikol Paşinyanın özünə haqq qazandırmaq cəhdlərində yeganə məqsəd məsuliyyətdən qaçmaqdır. Bu isə onu göstərir ki, yalançı liderlə üz-üzəyik”.
Natiq Səlim,
KONKRET.az