Zürafə 16 aylıq körpəni çeynəyib ÖLDÜRDÜbackend

Zürafə 16 aylıq körpəni çeynəyib ÖLDÜRDÜ

Cənubi Afrika Respublikasının KvaZulu-Natal əyalətindəki Kuleni heyvanlar parkında 25 yaşlı ana və 16 aylıq qız zürafənin hücumuna məruz qalıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hücuma məruz qalan 16 aylıq körpə ölüb.

Polis zürafənin naməlum səbəbdən aqressivləşdiyini və körpəni çeynədiyini açıqlayıb.

Qadının parkda bələdçi işlədiyi bildirilib.

Parkın rəhbərliyi təcili yardım helikopteri çağırıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*