“1 ayda 4 kiloqram arıqlamışam” – Vüsalənin formada qalma SİRRİbackend

"1 ayda 4 kiloqram arıqlamışam" - Vüsalənin formada qalma SİRRİ

Aparıcı Vüsalə Əlizadə bir ay ərzində 4 kiloqram çəki atdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, aparıcı arıqlamaq və formada qalma sirrini izləyiciləri ilə bölüşüb.

“Son bir ayda 58 kiloqramdan 54-ə düşdüm. Pəhriz demək olmaz, sadəcə doğru seçimlər və qadağalar deyək. Çox xanım yazır ki, paylaşın, bölüşün, bizə dəstək olun. Baş üstə. Amma belə şərt kəsək, sabahdan başlayacağam, bu gün yeyim, sabah olmasın. Öncəliyimiz güclü və iradəli olmaqdır. Çörək, un məhsulları, şirniyyat, “fast-food” qidalara, qazlı içkilərə, dondurmaya yox deyirik.

Bəli, nəticəni görəndən sonra özümüzə hədiyyələr edə bilərik. Məsələn mən günlər sonra dünən bir peraşki yedim. Bu günə – saat 09:00-da 1 stəkan ilıq limonlu su ilə başlamışam. 12:00-da yaşıl alma. Saat 4-də gavalı qurusu ilə çay (yaşıl çay olsa, daha yaxşı olar) içmişəm deyə, Vüsalə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*