“10 il ərzində ABŞ Rusiya və Çinin qarşısını alacaq” – Xrubibackend

“10 il ərzində ABŞ Rusiya və Çinin qarşısını alacaq” - Xrubi

“Növbəti onillikdə ABŞ həm Rusiyanın, həm də Çinin qarşısını alacaq. Söhbıt bu ölkələrin sürətlə silahlanmasından gedir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının rəhbəri Cil Xrubi nüvə qarşısının alınması üzrə illik konfransda bildirib.

Onun sözlərinə görə, Rusiya hələ də sabitliyi pozan davranış nümayiş etdirir, o cümlədən Belarusda taktiki nüvə silahı yerləşdirməklə həddini aşıb. Eyni zamanda, Moskva ABŞ-la birgə silahlara nəzarətlə bağlı dialoqu rədd edib.

Bundan əlavə, Çin hipersəs silahlarının və ən yeni texnologiyaların tətbiqi ilə öz nüvə arsenalını sürətlə modernləşdirir.

“Nəticədə, həm ABŞ ordusunun Strateji Komandanlığı, həm də Konqresin ikitərəfli Strateji İmkanlar Komissiyası dünyaya açıq bir mesaj göndərir: Biz on il ərzində faktiki olaraq iki nüvə dövlətinin qarşısını almağa hazır olmalıyıq”, – deyə Xrubi fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*