İrəvandan Bakıya YENİ MESAJ: Paşinyan nə etmək istəyir?backend

İrəvandan Bakıya YENİ MESAJ: Paşinyan nə etmək istəyir?

“İrəvan paradında nümayiş etdirilən texnikalar, xüsusilə Hindistandan alınan “Akash” hava hücumundan müdafiə sistemləri, “Pinaka” reaktiv yaylım atəş sistemləri, “Swathi” radarları, Fransadan gətirilən artilleriya və zirehli texnika Ermənistanın ordunu yenidən qurmaq və diversifikasiya etmək xəttini göstərir”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

“Bu, Azərbaycan üçün dərhal müharibə təhlükəsi kimi yox, orta və uzunmüddətli hərbi balans riski kimi qiymətləndirilməlidir. Çünki bu silahlar daha çox hava hücumundan müdafiə, uzaqmənzilli atəş, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və müdafiə dayanıqlığını artırmağa hesablanıb”.

Politoloq qeyd edir ki, əsas risk ondan ibarətdir ki, Ermənistan bu silahlanmanı sülh gündəliyi ilə paralel aparsa da, gələcəkdə revanşist qüvvələr tərəfindən siyasi alətə çevrilə bilər.

“Xüsusilə seçkiöncəsi dövrdə hərbi parad həm daxili auditoriyaya “güclənən ordu” mesajı verir, həm də regionda psixoloji təzyiq elementi yaradır. Buna görə Azərbaycan üçün prioritet məsələ panikaya düşmək deyil, kəşfiyyat, hava hücumundan müdafiə, PUA üstünlüyü və sərhəd təhlükəsizliyi sahələrində texnoloji üstünlüyü qorumaqdır. Risk səviyyəsi hazırda idarəolunan, amma diqqətlə izlənilməli səviyyədədir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*