10 ildən sonra İLK – Parlament binasından bu bayraq asıldı – VİDEObackend

10 ildən sonra İLK - Parlament binasından bu bayraq asıldı - VİDEO

Macarıstanın siyasi həyatında tarixi dəyişiklik baş verib. Son parlament seçkilərində qələbə qazanan “Tisza” Partiyasının lideri Peter Madyarın andiçmə mərasimindən dərhal sonra Macarıstan Parlamentinin binası üzərində Avropa İttifaqının (Aİ) bayrağı ucaldılıb.

KONKRET.az xəbər verir ki, bu, 2014-cü ildən bəri Macarıstan qanunverici orqanının binasında Aİ bayrağının ilk dəfə asılmasıdır. On il əvvəl Viktor Orban hökumətinin qərarı ilə dövlət binalarından endirilən bu simvolun geri qaytarılması, Peter Madyarın rəhbərliyi ilə Macarıstanın Brüssel ilə münasibətlərində yeni və daha inteqrasiyalı bir mərhələyə qədəm qoyduğunun bariz göstəricisi kimi qiymətləndirilir.

Andiçmə mərasimi zamanı Peter Madyar Macarıstanın Avropa ailəsinin ayrılmaz hissəsi olduğunu və ölkənin milli maraqlarını Avropa dəyərləri çərçivəsində qoruyacağını bəyan edib. Paytaxt Budapeştdə toplaşan minlərlə vətəndaş bu hadisəni ölkədəki demokratik islahatların və xarici siyasətdəki köklü dönüşün rəmzi olaraq böyük sevinclə qarşılayıb.\\nocomment.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*