Avropa Birliyinə üzv keçmiş SSRİ ölkəsi çıxılmazda – Dərsliklərə pul tapılmırbackend

Avropa Birliyinə üzv keçmiş SSRİ ölkəsi çıxılmazda – Dərsliklərə pul tapılmır

Latviyada məktəblərin dərsliklə təminatında ciddi maliyyə çatışmazlığı yaranacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, 2027-ci ildə ölkədə dərsliklərin alınmasına ayrılan dövlət vəsaitinin 38 faiz azaldılması nəzərdə tutulur.

Belə ki, bu məqsədlə ayrılan maliyyə 9,13 milyon avrodan 5,68 milyon avroya endiriləcək.

Bundan əlavə, əvvəllər dərsliklərin alınmasına 5,5 milyon avro ayıran Avropa İttifaqı da bu istiqamətdə maliyyələşdirməni dayandıracaq. Nəticədə ümumi maliyyə azalması 61 faizə çatacaq.

Vəziyyəti çətinləşdirən digər məqam isə Latviyada “Skola2030” adlı genişmiqyaslı təhsil islahatının həyata keçirilməsidir.

İslahat çərçivəsində məktəb proqramları dəyişdirildiyindən köhnə dərsliklərdən istifadə etmək mümkün olmayacaq. Bu isə məktəblərin yeni tədris materiallarına ehtiyacını daha da artırır.\\Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*