Türkiyədə aclıq və yoxsulluq həddi sürətlə yüksəlir – Son rəqəmlər açıqlandıbackend

Türkiyədə aclıq və yoxsulluq həddi sürətlə yüksəlir – Son rəqəmlər açıqlandı

Türkiyədə yaşayış xərclərinin artması fonunda açıqlanan yeni rəqəmlər diqqət çəkib.

KONKRET.az xəbər verir ki, Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyası (TÜRK-İŞ) dörd nəfərlik ailə üçün aclıq həddinin 38 min 24 lirəyə, yoxsulluq həddinin isə 123 min 856 lirəyə çatdığını açıqlayıb.

Hesablamalar Ankarada yaşayan dörd nəfərlik ailənin minimum yaşayış ehtiyacları əsasında aparılıb.

Açıqlanan məlumatlara əsasən, ailənin sağlam, balanslı və kifayət qədər qidalanması üçün aylıq ərzaq xərcləri 38 min 24 lirə təşkil edir. Bu məbləğ aclıq həddi kimi müəyyənləşdirilib.

Yoxsulluq həddi isə yalnız qida xərclərini deyil, geyim, mənzil, nəqliyyat, təhsil, səhiyyə və digər zəruri ehtiyacları da əhatə edir. Bu xərclərin ümumi məbləği aylıq 123 min 856 lirə hesablanıb.

İki göstərici arasındakı fərq 85 min 832 lirədir. Bu isə ailənin ərzaqdan başqa əsas ehtiyaclarını ödəməsi üçün tələb olunan əlavə vəsaiti göstərir.

TÜRK-İŞ-in 30 oktyabr 2026-cı il tarixli hesabatına əsasən, subay bir işçinin aylıq yaşayış xərci də 49 min 124 lirə müəyyən edilib.

Araşdırmaya görə, oktyabrda ərzaq qiymətləri əvvəlki ayla müqayisədə 0,59 faiz, son bir ildə isə 33,83 faiz artıb. Dörd nəfərlik ailənin yoxsulluq həddi ötən ilin eyni dövrü ilə müqayisədə 31 min lirədən çox yüksəlib.\\Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*