96 yaşlı milyarder 48 ildir su içmirmişbackend

96 yaşlı milyarder 48 ildir su içmirmiş

Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, 96 yaşlı milyarderin su əvəzinə gün ərzində nə qəbul etdiyi barədə məlumatı başqa bir milyarder Bill Ekman açıqlayıb.

“Equity Mates Investing” podkastında qonaq olan Bill Ekman illər əvvəl Uorren Baffettlə birgə keçirdiyi şam yeməyini xatırlayıb. Ekmanın sözlərinə görə, o, Baffettə adi, yoxsa qazlı su istədiyini soruşduqda investor sudan nəzakətlə imtina edərək, qazlı şirin içkilərə üstünlük verdiyini bildirib.

Ekman onun “Siz heç su içmirsiniz?” sualına Baffettin “Bill, mən 48 ildir su içmirəm” cavabını verdiyini qeyd edib.

İngilis yazıçısı Qlen Arnoldun Uorren Baffett haqqında yazdığı kitabda da investorun hər gün 5 banka “Coca-Cola” (xüsusilə “Cherry Coke”) içdiyi bildirilir. Baffett özü də 2015-ci ildə “Fortune” jurnalına müsahibəsində gündəlik kalori rasionunun böyük hissəsini bu içkidən aldığını vurğulamışdı: “Gündə 2700 kalori qəbul edirəmsə, bunun dörddə biri “Coca-Cola”dır. Hər gün azı beş dəfə 350 millilitrlik porsiya içirəm”.

Maraqlıdır ki, Baffett gənclik illərində 50 il boyunca “Pepsi” içib. Hətta oğlu Hovardın uşaqlıq dostu Cim Ross investorun gecələr evdə “Pepsi” içdiyini xatırlayaraq oğlunun vaxtilə ona “Pepsi Uorren” dediyini bildirib. Lakin 1986-cı ildə keçirilən “Berkshire Hathaway” illik toplantısında Baffett “Pepsi”dən imtina edərək şirkətin rəsmi içkisi kimi “Cherry Coke”u seçdiyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*