Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi – FOTOLARbackend

Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTOLAR

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə və Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə vaxtından əvvəl növbəti xüsusi rütbələr verilib.  

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə fərqləndiklərinə görə Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl tibb xidməti polkovnik-leytenantı, Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədliyə isə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

Fotoda Cəmil Kamilli

Fotoda Elşad Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*