Qazaxıstan prezidenti: “Qarabağla bağlı razılaşma tarixi hadisədir”backend

Qazaxıstan prezidenti: "Qarabağla bağlı razılaşma tarixi hadisədir"

“Qarabağla bağlı razılaşmanın imzalanmasından sonra bölgədəki hərbi əməliyyatlar dayandırılıи. Sənəd biləvasitə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə qəbul edilib. Rusiya liderinin rolu ən yüksək tərifə layiqdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının onlayn iclasında Qazaxstanın prezidenti Qasım-Comart Tokayev deyib. Qazaxstan prezidenti əlavə edib ki, “Rusiyanın fəal iştirakı ilə əldə olunan razılaşma, fikrimcə, mövcud kritik vəziyyətdə yeganə düzgün qərardır. Mənim fikrimcə, bu həqiqətən tarixi bir razılaşmadır”.

Tokayevin sözlərinə görə, əldə olunan razılaşma “bölgədə uzunmüddətli sülhün bərqərar olmasına kömək edəcəkdir”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*