Əliyev və Ərdoğan bağlı qapılar arxasında nə danışıblar? – Detallarbackend

Əliyev və Ərdoğan bağlı qapılar arxasında nə danışıblar? – Detallar

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan yenə ölkəmiz və Türk dünyası üçün əhəmiyyətli gündə Azərbaycana – Qarabağa gəldi”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, növbəti əlamətdar səfəri Prezident İlham Əliyev reallaşdıracaq:

“Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə bəyanatlarında müttəfiqliyinin əbədi olacağını, heç bir qüvvənin müttəfiqliyi poza bilməyəcəyini vurğuladılar. Bu cümlədə müttəfiqliyin pozulmasında maraqlı olan qüvvələrə eyham var. Bu qüvvələr həm xaricdə, həm də təəssüf ki, hər iki ölkənin daxilində var. Önəmli olan təxribatçı qüvvələrə boşluq verməmək, onların pozucu fəaliyyətlərini həm inzibati, həm də doğru informasiya siyasəti vasitəsilə qarşılarını almaqdır.

Liderlər qapalı görüşdə, böyük ehtimalla, anlaşmazlığa səbəb olan mövzuları müzakirə ediblər. Gələcəkdə münasibətlərdə yenə böhran yaşamamaq üçün iki qardaş dövlətin bütün səviyyələrdə koordinasiyanı gücləndirməsinə ehtiyac var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*