1400 dollarlıq plaşda Rusiya sanatoriyasına möhtac qalan SOLOVYOV… – FOTO/VİDEObackend

1400 dollarlıq plaşda Rusiya sanatoriyasına möhtac qalan SOLOVYOV... - FOTO/VİDEO

Vladimir Solovyov yeni “imici” ilə gündəm olub. 

KONKRET.az xəbər verir ki, Rusiyalı aparıcı və anti-Azərbaycan təbliğatçısı Vladimir Solovyov Moskva pansionatlarının birində görünüşü ilə diqqət çəkib.

Görünür, Solovyov artıq villasız, xarici səyahətlərsiz yaşamağa alışıb. Propaqanda ilə məşğul olan aparıcı deyəsən, İtaliyadakı mülkü ilə bərabər geyimini də itirib. Hətta rusiyalı sosial şəbəkə istifadəçiləri Solovyovu “bomj”a bənzədiblər. Lakin istifadəçilər “kədərli” Solovyovun plaşının 1400 dollar dəyərində olduğunu vurğulayıblar.

Artıq Putin təbliğatçısı Solovyov xaricdə yox, Moskvada  Vatnik sanatoriyasında dincəlir.

“Mən çox istərdim ki, Komo gölünə, villama uçum, amma artıq uçuşlar da, villalar da, pul da yoxdur”, – deyə Solovyovun fotosunun altında yazılıb.

Qeyd edək ki, sanksiyaya məruz qalan Solovyovun İtaliyada 4 mülkü aşkarlanıb, onlardan ikisi müsadirə olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*