Messi topu rəqibin üzünə çırpdı – VİDEO backend

Messi topu rəqibin üzünə çırpdı - VİDEO 

MLS-in pley-off mərhələsinin ilk raundunda “İnter Mayami” “Kolambus Kru”ya 0:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 5-ci dəqiqədə Lionel Messi rəqib komandanın hücumçusu Qonsalo Tapiyanın üzünə top atıb. 

KONKRET.az xəbər verir ki, hadisə argentinalı futbolçunun yan xəttdən topu oyuna daxil etməyə hazırlaşdığı zaman baş verib. Nəticədə futbolçular arasında mübahisə yaranıb.

Baş hakim Allen Çepmen həm Messiyə, həm də Tapiyaya sarı vərəqə göstərib.

Qeyd edək ki, həmin vaxt “İnter Mayami” artıq azlıqda oynayırdı. Komandanın futbolçusu Qonsalo Luhan 36-cı dəqiqədə qırmızı vərəqə almışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*