Ukraynanın Luçk şəhərində baş verən ağır yol qəzasının görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, 19 yaşlı “Audi” markalı avtomobil sürücüsü qəza nəticəsində 14 yaşlı yeniyetmənin ölümünə səbəb olub.
Məlumata görə, sürücü daha əvvəl də sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Bu səbəbdən məhkəmənin qərarı ilə o, növbəti 60 günü girov hüququ olmadan həbsdə keçirəcək.
Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, onun müştərisi sürücülük vəsiqəsini yalnız iyulun əvvəlində alıb, avtomobili isə Polşada işləyərək qazandığı pulla alıb.
Məhkəmədə qəzanın günahkarı həlak olan yeniyetmənin yaxınlarından üzr istəyib.\\bizimmedia.az
