İyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləri hesab olunur. Qeyd edək ki, hazırda 14 rayon və şəhərdə sərt karantin rejiminə görə bir çox müəssisələr fəaliyyətini dayandırıb. Qurban bayramına görə vətəndaşlarımıza 190 manat birdəfəlik müavinət yenidən verilə bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Allah yolunda kəsilən qurbanlar kasıb, imkanı olmayan insanların ehtiyacını ödəyir: “Qurban bayramı saf və təmiz əməlləri kompleks şəkildə özündə əks etdirən dini bayramdır. Bu bayramla bağlı təbii ki, ölkəmizdə də tədbirlər planı hazırlanır. Bütün Azərbaycan xalqı bu bayramı yüksək səviyyədə qeyd edəcək. Hansı şəraitdən asılı olmayaraq insanlarımız öz adət-ənənələri icra edirlər. Bunun üçün də dövlətimiz lazım olan şəraiti yaradır. Sərt karantin rejiminə uyğun olaraq hərəkət etmək lazımdır. Çox düzgün addım atılıb ki, pandemiyaya görə tədbiq edilən sərt karantin rejiminə uyğun olaraq bu bayramın keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulur. Görülən işlər göz qabağındadır. Yoluxanların sayı azalır, sağalanların sayı artır. Biz bu prosesin uğurla davam etməsi üçün bir az da səbirli olmalıyıq. Təbii ki, imkan olan hər bir vətəndaş qurban kəsir. İnsanlarımız kəsdikləri qurbanların ətini yaxınlarına və ətraflarında olan imkansız ailələrə paylayırlar. Hesab edirəm ki, bunun özü belə imkansız ailələrə yardım deməkdir. Yəqin ki, sərt karantin rejimi zamanı insanlarımız kəsdikləri qurbanın ətini ilk olaraq imkansız və az təminatlı ailələrə paylayacaqdır”.
Deputat vurğulayıb ki, sərt karantin rejimi tədbiq edilən rayonlarda işsiz insanlara yenidən 190 manat mavinət verildi: “Bundan əlavə Baş nazir Əli Əsədovun qərarı ilə poliklinika şəraitində xəstələrə qulluq edən həkimlərin də maaşı əmək haqqlarının 3 misli qədər qaldırılacaq. Cənab prezidentin sosial sahədə yürütdüyü siyasət bütünlükdə əhalinin yaxşı yaşamasına yönəldilib. Nə qədər sərt karantin rejimi olsa da, cənab prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə yenə də şəhid ailələrinə mənzillərin verilməsi tədbirində iştirak etdi. Düşünürəm ki, yəqin ki, bu məsələ də müəyyənləşəcək. Biz pandemiyadan sonrakı dövrü də fikirləşməliyik. İqtisadi və sosial sahələrin inkişafı var. Bütün bu işlərin uğurla davam etməsi üçün həmrəyliyimiz və birliyimiz vacibdir. Dövlətimizin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Şəraitə və vəziyyətə uyğun olaraq təhlillər edilərək adekvat addımlar atılır”.
Nərgiz Mirzəyeva,
KONKRET.az

Toylar başlasin avqustda
Xais edirem 190nanat verilsin evde korpe usaqlarim var ana evinde qaliram
Evvala Salam Bu Eziz Bayramda 190 Manat Verilmelidi Cun ki ici men Qariwiq neqeder insanlar Ayleler 190 manata ehtiyaci var evinde nece baw aylesi olan var korpeler uwaqlar var men ozum ayleliyem 2 ovladim var ne ozum iwlemirem nede ki,heyat yoldawim iwlemir nece dolanaq uwaqladi nece bawa salaq ki pul yoxdu corek yoxdu dolana bilmirik gucle bir fehleliy tapmiwdim oda elimden cixdi bu pandemiyayla baqli derdimizi kime deyek elbetde bizim bu veziyyetimizden Cenab Prezidentimiz Ilham Eliyevinde Xeberi var xahiw edirem Cenab Ilham Eliyevden Prezidentimizden Bu eziz Bayramda Qurban Bayramindada 190 Manat Verilsin Ehtiyacimiz var Ici men qardawim Aylem Uwaqlarim Qariwiq
xaiw edirik 190manat qurban bayramina gore verilsin sizin verdiyiviz 190coxdan xerclrnib bes ne yeyek o 190nida saxlayardig qurbana ona qeder ne yeyerdik
Bu 190 iyulun 10 nu verilib gor ustunden ne qeder kecit sizin ucun simicqa puludu bizim ucun boyukdu 2 hefte karatin uzatdiz iyin iyul ayini dediz niye iyulu vermediz
Umumiyele 190 m butun rayonlara verilmelidi.cunki iw ancaq rayonlardan bakiya gedir iwlemeye biz iwsiz bakiyada gedmey olmur .nece dolanaq…
190 manatın verilməsin xayis edrem Heqiqeten ehtyac var
Salam.biz iyun ve iyul aylarini almisiq.ne guc belayla.gencede nizami rayonunda yasadigimiz halda bakinin nizami r.nu qeydiyatina salib sagolsun stolda oturan memurlarimiz.ne guc belayla hell etdik.indide may ayinda bizim adimiz siyahida yoxdu.sebebide nedi bilmirik.adlari qeydiyatdan kecibde may ayini almiyanlar varsa sebebi nedi bilirlerse yazinda zehmet olmasa.
190 manat xerclenib uje nisiye aliq praduku1. 2ciside ne bilirsizki hansi qurban kesen butun kasiblara et verecek.eti qaynadaq yiyek buna yag gedir karof sogan ne dusuncesiz deptatdarmiz var
Xais edirem 190 manat verilsin
burdada karantindi
Salam bu 190 manati bu içində olduğumuz aya görə verməlidir axı heç olmasa qurban bayramına görə versinlər avqust ayı gəlir qurban bayramı la əlaqədər hər kəsi yenidən sevindirsinler 190 manati versinlər millət acından ölür axı nə yeyək nə içək işdə yoxdu xais edirik iwsizleri və gənc ailələri körpələri nəzərə alın 190 manati verin evimizə nəsə alaq hamı bir birinə baxır acından belə olmaz
MƏN QUBA RAYONU ÇİÇİ KƏNDİ VƏTƏNDAŞIYAM HEÇ YERDƏ İŞLƏMƏMİŞƏM VƏ İŞLƏMİRƏM MƏNƏ SMS GƏLDİ Kİ. SİZİN ƏMƏK MÜQAVİLƏNİZ OLDUQU ÜÇÜN SİZƏ 190 MANAT DÜŞMÜR HEÇBİTİMİZƏ VERMƏDİLƏR AMMA BİZİM KƏNDDƏ MAŞINI OLANLAR ALDI
Xahis edirem Cenab prezident 190 manat verilsin.Kiraye qaliram tek anayam himayemde azyaslı usag var hec yerden gelirim yoxdu cox xahis edirem sizden nezere alin veziyyet cox pisdi evin pulunu vere bilmirem dolanmag cox cetindi
190 manata hazırda çox böyük ehtinamımız vardır.Bəzi insaçlar elə zənn edir ki Karantin rejimi yumşaldılan kimi biz kasıblar artıq iş tapıb varlandıq. Halbuki karantin rejimi yumşaldıqdan sonra hələ nə qədər zaman lazımdır iş tapmaq üçün.axı bizim daimi iş yerimiz yoxdur.Dövlətdən 1 qəpik maaş almırıq.Onun üçün 190 Azn heç olmazsa karantin rejimi yyumşaldıqdan sonra 1-2 ay ödənilməlidir ki bizdə özümüzə bu müddət ərzində insanlar heç olmasa özlərinə bir iş tapa bilsinlər.
Karantin rejimi bitdikdən sonra hələ bizə neçə ay lazım olacaq iş tapmağa.bəziləri elə bilir ki karantin yumşaldılan kimi hamı dərhal iş tapıb milyarder olacaq.
Axı bizim daimi iş yerimiz yoxdur.Heç olmasa hələlik 1 yaxud 2 ay 190 azn ödənilməlidir ki bu müddət ərzində özümüzə bir iş tapa bilək .
190 AZN Ə HAZIRDA ÇOX BÖYÜK EHTİTACIMIZ VAR.
Slama
Sert karantin 2 heftede uzadildi. Varlilar qurban kesib kasiba yarim kilo et verecek diye 190 manat verilmir, bes bu 2 hefteni camaat nece dolansin? Bu millet ele salmisiz? Qoyundu bu millet sizin uçun? Her kes teleb etse bele olmaz
Salam men baki qeydiyatdiyam ama sexsiyet vesiqesde cebrayil rayonda gedr men rayon baki arasi baki qeydiyati ioe gedib gelirem bes menim 190 manatimi kesdiniz
verilse daha yaxşi olardi 190manat ehtiyacim var
Xaiş edirik iyul ayında 190 manat Qurban bayramına görə verilsin. Çünki buna mən qarışıq çox insanın ehtiyacı var. Çünki bu müddətdə karantin rejimi davam edir. Yəni iyul ayı da verilsin.
Men kirayede qaliram bilmirem kesilib mene verilmeyen qurban eti yada ki olmayan pulla verim . Gavab verin ..
Salam men kiraye qaliram, indi bilmirem ki, kirayeni kesilib mene verilmeyen etle ya olmayan pulla odeyim ??? 190 lari verindeee..