Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib.
KONKRET.az-ın məlumatına görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir.
“Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir”, – deyə Fazil Talıbov bildirir.
190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir.
“Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir”, – nazirliyin sözçüsü qeyd edib.

Salam men 1 ci defe 190 m aldim.Indi mene helede sms gelmiyib karta gore mennen sonra alanlar uje kartdan pullarini aldilar men helede gozluyurem goresen gelmiyecek??
1ay vurlubsa tebiki 2ci ay vurlacag
Salam xanim.eger size sms gelmeyibse karta gore ozunuz qaldiqiniz erazilerdeki her bir banka yaxinlasib sexsiyyet vesiqesi ile,yoxladin.kartiniz bankdadir.ozunuz axtarin.menimde anama sms gelmedi karta gore men butun banklara yaxinlasdim axirda bank of Bakudan dedilerki burdadir kart.
Pul
Aynurə xanım mənim də anama sms gəlmədi 2 ci ayın ödənişi amma kartı yoxladıq ki gəlib
Salam Mən nə birincini aldim nədə ikincini 10 Aprelde qediyyatdan kecmisem hələdə xeber yoxdu adima hecnə yoxdu .smsde gelmeyib .Karantin bitse Mesquluq sora sosiyal dan cvb teleb edecem görek ne meseledi
Salam Mən nə birincini aldim nədə ikincini 10 Aprelde qediyyatdan kecmisem hələdə xeber yoxdu adima hecnə yoxdu .smsde gelmeyib .Karantin bitse Mesquluq sora sosiyal dan cvb teleb edecem görek ne meseledi