2 milyard dollarlıq cekpot uduldubackend

2 milyard dollarlıq cekpot uduldu

Amerikanın məşhur lotereyası Powerball cekpotunun 2 milyard dollarlıq uduşu Los Angelesdə qazanılıb.

KONKRET.az xəbər verir ki, uduşlu bilet Kaliforniyanın Altadena şəhərindəki “Joe’s Service Center”də satılıb.

Çekpotun 1,9 milyard dollar olacağı gözlənilsə də, tiraj zamanı məbləğ 2 milyard dolları keçib.

Powerball rəsmiləri bildiriblər ki, qalib birdəfəlik nağd ödənişi seçərsə, uduşun dəyəri xeyli azalacaq.

Qeyd edək ki, cekpot avqustun 6-da 20 milyon dollardan başlayıb.

Powerball hazırda 45 ştatda, eləcə də Vaşinqton, ABŞ Virgin Adaları və Puerto Rikoda oynanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*