2-si uşaq olmaqla 3 nəfər liftdə qaldı – VİDEObackend

2-si uşaq olmaqla 3 nəfər liftdə qaldı - VİDEO

Xətai rayonu, Gəncə prospektindəki doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Məlum olub ki, elektrik enerjisinin kəsilməsi səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və 2-si azyaşlı olmaqla 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapısını açaraq sakinləri xilas ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*