20 ildir dəmiryol deposunda yaşayan ailənin acı HƏYAT HEKAYƏSİ – VİDEObackend

20 ildir dəmiryol deposunda yaşayan ailənin acı HƏYAT HEKAYƏSİ - VİDEO

İmkansızlıq səbəbindən üç ilə yaxındır küçələrdə şar satan Xəyalı şəxsən tanımasaq da, onun haqqında sosial şəbəkələrdən məlumatlı idik. Dəfələrlə polis tərəfindən saxlanılıb ailəsinə təhvil verildiyi haqda da eşitmişdik. Anası Mahirə Cəfərquliyevanın KONKRET.az-ın redaksiyasına müraciətindən sonra ailənin qayğılarına biganə qala bilmədik və problemlərini işıqlandırmaq üçün yaşadıqları ünvana – Binəqədi rayonu Biləcəri qəsəbəsinə üz tutduq. 

20 ildən çoxdur dəmiryol deposunda məskunlaşan ailənin yaşayış şəraitini görəndə dəhşətə gəldik. Yayda günün istisində, qışda qar-yağışın altında yarımçıq bir tikilidə illərdir yaşamağın necə acınacaqlı olduğunu təsəvvür etmək belə çox ağırdır.

M.Cəfərquliyeva deyir ki,  2010-cu ildən həyat yoldaşı dünyasını dəyişib və o, üç övladını belə bir ağır şəraitdə təkbaşına böyütmək məcburiyyətində qalıb: “Burada yaşamaq mümkün deyil. Bina qəzalı vəziyyətdədir. Yağan yağış evin içinə tökülür. Divarlar daşla yox, taxta-kartonla tikilib”, – deyə ana bildirib. O, keçən il burada baş verən yanğın nəticəsində evinin daha yararsız hala düşdüyünü deyib.

Səhhəti ilə əlaqədar uzun illərdir işləyə bilməyən Mahirə Cəfərquliyeva ailə  başçısını itirdiyinə görə 300 manat müavinət alır. Bu səbəbdən də hər iki oğlunun küçələrdə, yol kənarlarında şar satıb evə əlavə 5-10 manat çörəkpulu gətirdiyini bildirir. Heç bir yerdə işləmədiyindən sosial yardım üçün müraciət edə bilmədiyini deyən ana aidiyyəti qurumlardan onun problemlərinə biganə qalmamağı xahiş edir.

Ətraflı müsahibə videoda:

Sevinc Paşayeva,

Müşviq Tofiqoğlu,

Yusif Əliyev

KONKRET TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*