Bredberinin qorxunc proqnozu: Final məhz indi, 2026-cı ilin oktyabrında baş verir!backend

Bredberinin qorxunc proqnozu: Final məhz indi, 2026-cı ilin oktyabrında baş verir!

Yeri gəlmişkən, biz indi Rey Bredberinin “Mars xronikaları” əsərinin son ayını yaşayırıq. Kitabın son hekayəsi — “Mars tətili” (orijinalda “Milyon illik piknik”) — 2026-cı ilin oktyabrında, yəni məhz bu günlərdə cərəyan edir.

Yer atom müharibəsinin alovları içindədir. Bir ailə Marsa qaçaraq orada yeni həyata başlamağa macal tapır. Ata uşaqlarına əsl marslıları göstərəcəyinə söz verir. Sonra onları suyun kənarına gətirir və öz əkslərinə baxmağı təklif edir.

Kitabın nəşrindən 76 il ötüb. İndi Bredberinin gələcəklə bağlı təsəvvürlərinin nə dərəcədə gerçəkləşdiyinə nəzər salmağın vaxtıdır. İnsanlar Aya ayaq basıb, interneti icad edib, maşınlara danışmağı öyrədib və Marsa bir neçə robot göndəriblər. Bəs Bredberinin təsvir etdiyi dünyadan bu günə nə qalıb?

  1.  Yer sakinləri Marsa xəstəliklər gətirir və planetin yerli əhalisinin, demək olar ki, hamısı məhv olur.
  2. İnsanlar marslılardan miras qalmış şəhərləri və abidələri murdarlayırlar. Çünki qədim Mars sivilizasiyasının mədəni irsində heç bir dəyər görmürlər.
  3. Hakimiyyət fantastik əsərləri qadağan edir, kitabları məhv edir və insan təxəyyülünü təqib altına alır—
  4. Avtomatlaşdırılmış ev səhər yeməyi hazırlamağa, otaqları təmizləməyə və artıq həyatda olmayan sahiblərinə şeirlər oxumağa davam edir. Evin xarici divarında isə atom partlayışının işığında yanıb qalmış insanların siluetləri görünür.Bredberinin qorxunc proqnozu: “Mars xronikaları”nın finalı məhz indi — 2026-cı ilin oktyabrında baş verir!

Və əlbəttə, insanlar müharibədən xilas olmaq üçün Yer kürəsini tərk edirlər.

Bredberi Marsın mənimsənilməsi məsələsində yanıldı. Ancaq insan təbiətinə dair müşahidələrində, deyəsən, yanılmayıb. Texnologiyalar dəyişib, bəşəriyyət kosmosa doğru böyük addımlar atıb, amma müharibələr, dağıntılar, mədəni irsə etinasızlıq və insanın öz yaratdıqlarının əsirinə çevrilməsi təhlükəsi hələ də qalır.

Çox istərdim ki, Bredberi öz hekayəsinin finalında da yanılmış olsun. Hələ ki oktyabr bitməyib…

Müəllif: Arefiy Kudryaşov

Tərcümə etdi: Natiq Səlim 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*