“Bizim əməkdaşlarımız tərəfindən 307 müsahibə, 138 video reportaj hazırlanaraq cəmiyyətə təhvil verilib”.
KONKRET.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov hesabat konfransındakı çıxışında qeyd edib. O, 100-ə yaxın qurum, 200-ə yaxın media subyekti ilə təmasların olduğunu bildirib. Eyni zamanda Qazaxıstan və Özbəkistanın müvafiq dövlət qurumları ilə Media Agentliyi arasında anlaşma memorandumunun imzalandığını, Şuşada Beynəlxalq Media Forumunun keçirildiyini və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Əhməd İsmayılov Agentliyin Azərbaycan mediasının beynəlxalq mediaya çıxışını təmin etmək üçün daha da səmərəli fəaliyyət göstərəcəklərini vurğulayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
