Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Ana Ermənistan” partiyasının üzvü Areqnaz Manukyanı saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Manuk Sukiasyan məlumat verib.
Areqnaz Manukyan iyunun 7-də keçirilən parlament seçkilərində “Çiçəklənən Ermənistan” Partiyasının namizədlər siyahısı ilə seçkilərdə iştirak edib.
İyun ayında Ermənistan İstintaq Komitəsinin əməkdaşları Manukyanın evində axtarış aparıblar. Axtarış “Ana Ermənistan” partiyasının həbsdə olan lideri Andranik Tevanyan barəsində açılmış cinayət işi çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Andranik Tevanyan dövlətə xəyanət və casusluq ittihamı ilə həbs olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az
