Ermənistanın yeni Konstitusiyasının layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
“Konkret tarix deyə bilmərəm. İlin sonunadək layihəni dərc edəcəyik”, – deyə Paşinyan yeni Konstitusiyanın nə vaxt açıqlanacağı ilə bağlı sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl də Ermənistanın yeni Konstitusiyasının qəbulunun hakim “Vətəndaş Müqaviləsi” Partiyasının gündəliyində qaldığını bəyan etmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
