Serj Sarkisyan Paşinyana 24 saat vaxt verdi – “Onun və ailəsinin haqda həqiqətləri dərc edəcəm”backend

Serj Sarkisyan Paşinyana 24 saat vaxt verdi – “Onun və ailəsinin haqda həqiqətləri dərc edəcəm”

“Bu əxlaqsız tipə 24 saat vaxt verirəm, ya faktları təqdim etsin, ya da onun və ailəsinin haqqında həqiqətləri dərc edəcəm. Hansı ki, bu həqiqətlərdən sonra cəmiyyət onun üzünə tüpürəcək”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Serj sarkisyan deyib:

“İllərdir yalan məlumatlar yayırlar. Prezident olduğumu nəzərə alaraq reaksiya verməyə ehtiyac duymadım. Ancaq o (Nikol Paşinyan – red.) boş-boş danışır. Bu əxlaqsıza 24 saat vaxt verirəm, ya faktları təqdim edəcək, ya da onun və ailəsinin haqqında həqiqətləri dərc edəcəm”.

“Sarkisyan Paşinyanı cəfəng danışmaqda ittiham edib: “Baden -Badendə 19-cu əsrdən bəri kazino var. Lakin orada muzeylər kazinodan daha çoxdur. Nəinki mənim dostlarım, hətta yüzlərlə insan təsdiq edər ki, mən kazino olan küçədən həmişə uzaq gəzmişəm. Baden özü bir sənət və mədəniyyət şəhəridir” – deyə Sarkisyan vurğulayıb.

“Monakoya gəlincə, mən son 15 ildə orada olmamışam, yoxlamaq asandır, yoxlasınlar … Yenə də onlara 24 saat vaxt verirəm”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*