“İnter”in Hakan Çalhanoğlu planı bəlli oldubackend

"İnter"in Hakan Çalhanoğlu planı bəlli oldu

Türkiyə millisinin ulduz futbolçusu Hakan Çalhanoğlu bu yay “İnter”dən heç yerə getməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə məşhur idman insayderi Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, mövcud müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq türkiyəli yarımmüdafiəçi ilə yolları ayırmaq Milan təmsilçisinin hazırkı planlarında yer almır.

“İnter” rəhbərliyi təcrübəli oyunçu ilə yeni müqavilənin detallarını mövsüm ərzində – xüsusən də dekabr və ya yanvar aylarında yenidən masaya yatırmağı düşünür.

Xatırladaq ki, 32 yaşlı futbolçu 2021-ci ildən etibarən “İnter”in şərəfini qoruyur. Yarımmüdafiəçi ötən mövsüm çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 30 matça çıxaraq 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*