Xalq artisti İlham Namiq Kamalın adından sosial şəbəkədə Şamaxının Mədrəsə qəsəbəsi ilə bağlı paylaşım edilməsi müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, sözügedən paylaşımda “Şamaxının Mədrəsə qəsəbəsində oldum. Zibilin və mal təzəyinin üfunətli iyindən yaşamaq mümkün deyil. Utanın, ay Şamaxı camaatı” ifadələri yer alıb.
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalarla qarşılanıb.
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən xalq artisti İlham Namiq Kamal həmin paylaşımdan xəbərinin olmadığını deyib.
“Hazırda Bakıda deyiləm. Paylaşımdan xəbərim yoxdur”.
Bəs bu paylaşımı sizin adınızdan kim edib sualına isə xalq artisti belə cavab: “Mən bilmirəm kim edib”.
