ABŞ və İran arasında kritik 48 saatbackend

ABŞ və İran arasında kritik 48 saat

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqəti saziş İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən təsdiqlənməlidir. Lakin SEPAH nümayəndələrinin İran nümayəndə heyətinin tərkibində yer almaması səbəbindən danışıqların yekun nəticəsi hələ ki qeyri-müəyyən olaraq qalır.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğurla davam etdiyini bildirib. Ağ Ev rəhbəri növbəti 48 saat ərzində dialoqun nəticələrinə dair yeni məlumatların açıqlanacağını elan edib.

Qeyd olunur ki, ABŞ, İran və Oman Hörmüz boğazının fəaliyyətinin bərpasına dair müvəqqəti saziş bağlamağa çox yaxındır. Şərtlərə əsasən, Oman və İran arasında 60 günlük müvəqqəti razılaşmanın əldə olunması və bu müddətin gələcəkdə uzadılması nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*