Onlayn sifariş etdiyiniz məhsul fərqli gəlibsə, nə etməlisiniz? – Hüquqşünas açıqladıbackend

Onlayn sifariş etdiyiniz məhsul fərqli gəlibsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı

Son illər onlayn alış-verişə marağın artması ilə yanaşı, sifariş edilən məhsulun təqdim edilən şəkil və təsvirə uyğun gəlməməsi halları da çoxalıb. Bəzi satıcılar isə belə hallarda məhsulu geri götürməkdən və ödənilən məbləği qaytarmaqdan imtina edirlər.

Bəs qanunvericilik bu məsələyə necə yanaşır? Satıcı məhsulu geri qəbul etməkdən imtina edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 580, 581 və 582-ci maddələrinə əsasən, satıcı tərəfindən təqdim olunan məhsul göstəricilərinə, çeşidinə, növünə və texniki keyfiyyətinə görə razılaşdırılmış şərtlərə uyğun olmadıqda, alıcı həmin malı qəbul etməkdən imtina etmək hüququna malikdir.

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az

“Məhsulun texniki göstəriciləri və ya xarici görünüşü satıcının təqdim etdiyi şəkil və ya reklamdakı məhsuldan əhəmiyyətli dərəcədə fərqlənirsə, alıcı həmin məhsulu qəbul etməyə bilər.

Tərəflər arasında yazılı müqavilə bağlanıldığı və ya məhsula zəmanət verildiyi hallarda alıcının hüquqları daha da geniş olur. Belə ki, satıcının təqdim etdiyi məhsul reklam edilən və ya vəd olunan məhsula uyğun gəlmədikdə, alıcı onu dərhal geri qaytarmaq hüququna malikdir”.

R.Süleymanov vurğulayıb ki, məhsul qəbul edildikdən sonra da, əgər onun tamlığı və qablaşdırılması pozulmayıbsa, alıcı malı satıcıya qaytara və ödədiyi vəsaitin tam şəkildə geri ödənilməsini tələb edə bilər.

Hüquqşünasın sözlərinə əsasən, bu cür hallarda satıcının məhsulu geri qəbul etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun hesab olunmur və alıcı öz hüquqlarının qorunması üçün müvafiq qaydada müraciət edə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*