2500 il əvvələ aid Qarabağda toxunmuş Azərbaycan xalçası – FOTObackend

2500 il əvvələ aid Qarabağda toxunmuş Azərbaycan xalçası - FOTO

2500 il əvvələ aid Qarabağda toxunmuş Azərbaycan xalçasının şəkli yayımlanıb.

KONKRET.az-ın məlumatına görə, bu xalça qədim türk tayfası “İskitlər” tərəfindən toxunub və  dünyanın ən qədim xalçasıdır.

Ermənilər 1920-ci illərdən başlayaraq qədim Azərbaycan türklərinin bu xalçaçılıq möcüzəsinə qarşı hücumlarını dayandırmayıb, xalçanı bir növ “qədim erməni xalçası” kimi təqdim etməyə çalışıblar.

Xalçanın nəinki qədim türk köklərinə malik olması, həm də türk adət-ənənələri ilə sıx bağlı olan ornamentləri tarixin danılmaz faktıdır. Ermənilər çoxsaylı simpoziumlar, kitablar və diasporlarının xüsusi tədbirləri ilə dünyanı inandırmağa çalışsalar da, xalçaçılığın qədim Azərbaycana məxsus olması tarixi faktlarla sübut olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*