Vaqif Əsədov: “Bu maşınlar yollardan yığışdırılacaq”backend

Vaqif Əsədov: “Bu maşınlar yollardan yığışdırılacaq”

Dövlət nömrə nişanı yox, heç bir standartlara uyğun deyil, amma magistral yollarda hərəkət edərək təhlükə yaradırlar. Söhbət köhnə avtomobillər, o cümlədən metal daşıyan maşınlardan gedir. Çox vaxt şüşələri, hətta bəzən qapısı belə olmadan bu avtomobillər idarə olunur. Özü ilə bərabər üzərində metal daşıyır. Təbii ki, bu digər yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir. Bu cür avtomobilləri nəinki mərkəzi, heç mərkəzdən kənar küçələrə də buraxmaq olmaz.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “mediapost”-a bildirib.

O, vurğulayıb ki, istismara yararsız, texniki cəhətdən nasaz avtomobillər yol hərəkətində istifadə edilə bilməz. “Bu tipli avtomobillər texniki baxışdan keçirilmir. Amma bu cür nəqliyyat vasitələri ilə bəzi

Yollarda şütüyən metal yığını

Sürücülər “çörək pulu qazanmaq” adı ilə yüklər daşıyır. Bununla da həm də yükdaşıma qaydalarını pozmuş olurlar.

Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Dövlət Yol Polisi dəfələrlə avtomobil sürücülərinə müraciət edərək müdaxilə olunmadan özləri həmin nəqliyyat vasitələrini utilizasiya etsinlər.

Çünki turizmin inkişafı üçün bu qədər vəsait qoyulub. Ölkəmizə gələn turistlərin sayı hər gün artır. Brend avtomobillər ilə yanaşı bu cür maşınların görünməsi xoş təəssürat yaratmır”.

Vaqif Əsədov bildirib ki, ötən illərlə müqayisədə bu cür avtomobillərin paytaxtın mərkəzi küçələrində görünməsi halları azalıb.

“Yol polisinin müraciətləri, görülmüş tədbirlər nəticəsində artıq şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb.

Amma təəssüf olsun ki, şəhərdən kənar ərazilərdə, şəhərkənarı magistral yollarda onlara rast gəlinir. Qanunvericiliklə bu cür maşınlar istifadə edilməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*