Növbəti humanitar yardım Türkiyəyə çatdı – VİDEObackend

Növbəti humanitar yardım Türkiyəyə çatdı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*