34 ildir ki, “Qarabağ klanı”nın girovuna çevrilmişik – Baqdasaryanbackend

34 ildir ki, “Qarabağ klanı”nın girovuna çevrilmişik - Baqdasaryan

Erməni jurnalist və bloger Roman Baqdasaryan Ermənistanda “Qarabağ klanı”nın hakimiyyətinin pərdəarxası təfərrüatlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Roman Bağdasaryan öz sosial şəbəkə hesabında yazıb.

“Fakt budur ki, 1988-ci ildən 2020-ci ilə kimi biz hamımız Qarabağ mafiyasının və Vazgen Sarkisyanı, Karen Dəmirçiyanı, yüzlərlə məmuru, iş adamını öldürən klanın girovuna çevrilmişik.

1988-ci ildən mütəşəkkil cinayətkarlığın girovuna, Qarabağın şikəst gənclərinin şahidinə çevrilmişik: heç kim tarix öyrətmir, durmadan bir-birini öldürür, büdcə pullarını oğurlayır, hamını söyürlər.

Orduda bir çox oğlanları narkomana çevirən, onları buna alışdıran “Qarabağ klanı” idi.

Xalq 34 ildir ki, Qarabağ mafiyasından yaxşı heç nə görməyib: yalnız dərd və satanizm.

Bu lənətdir və Qarabağ mafiyası heç vaxt bizim xoşbəxt olmağımıza imkan verməyəcək”, – deyə bloger yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*