“44 günlük müharibə zamanı İran qalib gəlmək üçün Ermənistana ŞOK TƏKLİF EDİB” – Danielyanbackend

"44 günlük müharibə zamanı İran qalib gəlmək üçün Ermənistana ŞOK TƏKLİF EDİB" - Danielyan

Ermənilər 44 günlük müharibə zamanı İranın təkliflərini öyrəndikdə şoka düşəcəklər.

KONKRET.az xəbər verir ki, bunu sentyabrın 27-də müzakirə zamanı politoloq Stepan Danielyan deyib. O bildirib ki, iki il əvvəl başlayan müharibə zamanı İran Ermənistana yardımını təklif edib, erməni hökuməti bu yardımdan imtina edib. Onun sözlərinə görə, müharibə hələ də bitməyib.

“44 günlük müharibədə İranın hansı təkliflər verdiyini, Paşinyanın hansı təkliflərdən imtina etdiyini bilsə, Ermənistan cəmiyyəti şoka düşəcək. Bu təkliflərin qəbulu müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərdi. Niyə imtina edildi?

Qarabağ ən mühüm geosiyasi mərkəzdir. Şərqdən Qərbə gedən geosiyasi dəyişikliklər buradakı proseslərdən, o cümlədən kommunikasiya mesajları baxımından asılıdır”, – o deyib.

Danielyan 2020-ci ildə Türkiyə, İsrail, İngiltərənin də İrana qarşı yönəlmiş müharibənin “tərəfləri” olduğunu deyib. Xatırladıb ki, hələ 2018-ci ildə Ermənistana səfəri zamanı Bolton İran sərhədini bağlamaq vəzifəsini məqsəd qoyub.

Danielyan bildirib ki, İran Azərbaycan və Türkiyənin Ermənistana qarşı bugünkü hərəkətlərini İrana qarşı müharibə kimi qəbul edir və bu, təsadüfi deyil.

Bu gün bütün dünya ölkələri varlıq uğrunda mübarizə aparır. Danielyanın sərsəmləməsinə görə, “İran və potensial olaraq Rusiyadan ciddi təhlükə altında olan bu mübarizəni Azərbaycan da aparır”.

“Azərbaycan İranın parçalanması üçün real təhlükələr yaradıb və belə təhlükə ilə üzləşən dövlət hər şeyə hazırdır.

Üçüncü qüvvələr bu iki ölkənin hakimiyyətinin istəklərinə zidd olaraq İranla Azərbaycan arasında müharibə yarada bilər. Məqsəd müxtəlif texnologiyaların köməyi ilə zərbə endirmək üçün İranı təcavüz etməkdə ittiham etmək ola bilər. İran da öz növbəsində Yaxın Şərqdəki proseslərə təsir rıçaqlarına sahibdir.

Bundan başqa, Azərbaycan da bu təhlükələri anlayan Rusiya ərazisində türk ideologiyalarını yayır.

Türkiyənin ekspansionist xarici siyasəti də təhlükə altındadır. Onun üçün əsas təhlükə kürdlərdir. Birləşmiş Ştatlar da iqtisadi böhrana görə dağılma təhlükəsi altında ola bilər”, – deyə Danielyan cəfəngiyat söyləyib.

O, Rusiya Federasiyası ilə ABŞ arasında müharibənin təkcə Ukraynada deyil, regionda da aparıldığını qeyd edərək, Rusiyanın öz maraqlarına əsaslanan davranışını başa düşülən adlandırıb.

“2020-ci ildə Rusiya Ukrayna ilə müharibəyə hazırlaşırdı və buna hazırlaşmalı idi, o cümlədən Türkiyə ilə münasibətlər baxımından hazırlaşırdı”.

Əgər burada (Cənubi Qafqaz – red.) hər hansı bir regional gücün iştirakı ilə müharibə başlasa, başqa ölkələr də ona qoşulacaq. Burada müharibə Ukraynadan qat-qat qanlı olacaq. Odur ki, hətta Paşinyanın Ermənistan ərazisi kimi səsləndirdiyi 29,8 min kvadrat kilometr rəqəmlər də şübhə altına düşə bilər.

İstənilən halda Ermənistan Azərbaycanın 30 il ərzində etdiyi kimi heç bir sənədə imza atmamalıdır. Ermənistan cəmi bir neçə ay dözməlidir”, – deyə Danielyan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*