İranın Ermənistana 44 günlük Qarabağ müharibəsi zamanı hərbi sahədə əməkdaşlığı barədə yeni-yeni faktlar ortaya çıxır. Bu dəfə məlum olub ki, İran hakimiyyəti orqanları Ermənistana Türkiyənin “Bayraktar” PUA-larını yerə endirməyə imkan verən radioelektron mübarizə vasitələri təklif edib. Lakin erməni tərəfi buna “yox” cavabı verib.
KONKRET.az xəbər verir ki, bu haqda “Ay Data” erməni təşkilatının Tehran ofisinin rəhbəri İsak Yunanesyan məlumat yayıb.
O əlavə edib ki, bu rədd cavabı İran mətbuatında böyük rezonans doğurub. Rədd cavabının səbəbləri bəlli deyil./Azad İran/
