“Qalatasaray” – “Amed” qarşılaşmasında yeddi qol vuruldu – Videobackend

"Qalatasaray" - "Amed" qarşılaşmasında yeddi qol vuruldu - Video

Türkiyə Superliqasının 11-ci turunda “Qalatasaray” doğma meydanda “Amed”i qəbul edib.

KONKRET.az xəbər verir ki, “RAMS Park” stadionunda keçirilən qarşılaşma “sarı-qırmızılar”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 7-ci dəqiqədə İstanbul klubunun hücumçusu Rafael Leao açıb. 45-ci dəqiqədə isə “Amed”in qapıçısı Alban-Mark Lafon topu öz qapısına göndərib. 59-cu dəqiqədə Aleksey Batrakov komandasının üçüncü qolunu vurub.

Üç dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Dia Seba, 65-ci dəqiqədə isə hücumçu Gift Orban hesab arasındakı fərqi azaldıblar.

İstanbul təmsilçisinin forvardı Barış Alper Yılmaz 80-ci dəqiqədə komandasının dördüncü qolunu vurub. 90+2-ci dəqiqədə isə Yira Sor fərqi minimuma endirərək matçın yekun hesabını müəyyənləşdirib – 4:3.

Bu qələbədən sonra “Qalatasaray” 28 xalla Türkiyə çempionatının turnir cədvəlində birinci yerdə qərarlaşıb. “Amed” isə 23 xalla ikinci pillədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*