“İrəvan “Tramp marşrutu” (TRIPP) layihəsinin icrası zamanı heç bir halda İrana qarşı addımlar atmayacaq”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
“Biz heç vaxt İrana və ya hər hansı digər qonşumuza qarşı heç bir prosesə qoşulmayacağıq və qoşula da bilmərik. Bu, bizim siyasi mövqeyimizdir. İkincisi, TRIPP iqtisadi xarakterli bir layihədir. Layihə orada hətta bir nəfər də olsun silahlı əsgərin olmasını nəzərdə tutmur”, – deyə Simonyan qeyd edib.
O, bunları ABŞ və İran arasındakı gərginlik fonunda TRIPP-in reallaşdırılması zamanı ehtimal olunan anti-İran hərəkətlərinə toxunarkən səsləndirib.
Dünya
İrandan Paşinyana sərt xəbərdarlıq: “Onların ayaqlarını qıracağıq”
Daha əvvəl İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İrəvana xəbərdarlıq edərək, Tehranın “Tramp marşrutu”nun yaradılmasını hələ də “qırmızı xətt” kimi qəbul etdiyini vurğulayıb. O, Ermənistan parlamentinin sözügedən dəhlizin inşasını təsdiqləyən qərarını sərt tənqid edib.
